K&M Plast şirkəti 2008-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində Məmmədov Kənan tərəfindən təsis edilmişdir.
Fəaliyyətinə tikinti və santexnika materiallarının topdan və pərakəndə satışı ilə başlayan şirkət sonradan istehsal sahəsinə yönəlməyə başlamış və bu sahəyə investisiya vəsaitləri ayıraraq beynəlxalq təcrübəni öyrənmişdir.
Şirkətin qurucusu Kənan Məmmədov da daxil olmaqla bəzi əməkdaşlar Çin və Türkiyə Respublikalarında təlimlərə cəlb olunmuş və istehsal prosesinin incə detallarına qədər dərin biliklərə yiyələnmişlər.
Şirkət ən yüksək texnologiya və xammaldan istifadə etməklə plastik vintillərin, sifonların, PVC salniklərin, unitaz qapaqlarının, müxtəlif ölçülü trapların yüksək keyfiyyətlə istehsalını həyata keçirməkdədir.
İstehsal prosesində Türkiyənin "Ekin Makina" və Almaniyanın "Demarg" şirkətinin Plastic Enjeksiyon Maşınları və ştaplama cihazlarını uğurla istifadə edir.
İstehsal prosesində Fransanın "Total", Cənubi Koreyanın"Hyosung", Səudiyyə Ərəbistanın "Saudi Aramco", Türkiyənin "Petkim", Rusiyanın "Sibur", Azərbaycanın "Socar Polimer" şirkətlərinin müxtəlif ölçülü və axıcılığa malik PoluPropilen və PVC granullarından istifadə edir.
Biz K&M Plast ailəsi olaraq, 2016-cı ildə ilk plastik və yer sifonlarının istehsalına başlamaqla Azərbaycanda bu sahədə ilk istehsalçı olmanın qürurunu yaşamaqdayıq.